Avropa İttifaqı İsraillə dialoqu dayandırmadı

Dünya

19.11.2024 - 09:22

Həkimlər Klinikalar SEO Xidməti

Xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə razılığa gələ bilməyiblər

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərinə görə İsraillə siyasi dialoqun dayandırılması məsələsində razılığa gələ bilməyiblər. AYNA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

“Biz bilirik ki, Qəzzada faciəli hadisələr baş verir, çoxlu mülki itkilər var. Amma deyə bilərəm ki, İsraillə danışıqların dayandırılması ideyası ilə bağlı heç bir razılıq əldə olunmayıb”, - deyə nazir vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş