Avropa İttifaqı Belarusa qarşı sanksiyaları gücləndirəcək

Dünya

01.03.2022 - 06:51

Həkimlər Klinikalar SEO Xidməti

Josep Borrel: "Ukraynaya qarşı təcavüzdə iştirak edənləri hədəf alacağıq"

Avropa İttifaqı Belarusa, xüsusən də Ukraynaya qarşı hərbi təcavüzdə iştirak edənlərə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

AYNA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

“Biz Belarus rejiminə qarşı sanksiyalar paketini gücləndirəcəyik və Ukraynaya qarşı təcavüzdə iştirak edənləri hədəf alacağıq ”, - Josep Borrel əlavə edib.

Borrell həmçinin vurğulayıb ki, Belarusda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün respublika referendumu demokratik keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş