AVRO-2024: Azərbaycan millisinin rəqibləri müəyyənləşib

İdman

09.10.2022 - 16:04

cedabet dərman SEO Xidməti

Türkiyənin millisi Xorvatiya, Uels, Ermənistan və Latviya ilə D qrupundadır

AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, Almaniyanın Frankfurt şəhərindəki tədbirdə Azərbaycan millisinin rəqibləri bəlli olub.

Yığmamız seçmə mərhələnin 53 iştirakçısı sırasında yer alıb. 4-cü səbətdə qərarlaşan yığmamız F qrupuna düşüb.

Canni de Byazinin yetirmələri Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

Qardaş Türkiyənin millisi Xorvatiya, Uels, Ermənistan və Latviya ilə D qrupundadır.

Qeyd edək ki, 2023-cü ildə keçiriləcək seçmə mərhələdə qruplarda ilk iki yeri tutanlar AVRO-2024-ə vəsiqə qazanacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş