Azərbaycanda veteran futbolçu koronavirusdan vəfat edib

İdman

11.04.2021 - 19:23

Füzuli Cavadov 71 yaşında dünyasını dəyişib

 

Azərbaycanın veteran futbolçusu Füzuli Cavadov vəfat edib. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, o, 71 yaşında dünyasını dəyişib.

 

AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşı, Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası Füzuli Cavadovun ölüm səbəbi koronavirus olub.

 

Qeyd edək ki, karyerasının böyük hissəsi “Neftçi” ilə bağlı olan Füzuli Cavadov 1972-1979-cu illərdə “ağ-qaralar”ın formasını geyinib.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az