Astana və Moskva "yaşıl dəhliz" açılmasını müzakirə edirlər

Dünya

29.09.2022 - 14:51

Nazir bu ideyanın tezliklə həyata keçiriləcəyinə ümid etdiyini bildirib

Rəsmi Astana və Moskva Qazaxıstanın girişində insan və nəqliyyat vasitələrinin yığılması səbəbindən qazaxlar üçün sərhəddə "yaşıl dəhliz" açılmasını müzakirə edirlər. AYNA xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin bildirib.

“Dünən mən həmkarım, Rusiya Baş nazirinin müavini ilə danışdım. Sərhədin o tərəfində həm Qazaxıstan vətəndaşları, həm də ərzaqla dolu yük maşınları var. Bu gün sərhəd xidmətləri bir-biri ilə danışacaqlar. Onlar "yaşıl dəhliz" təmin etməyə çalışacaqlar”, - Jumanqarin vurğulayıb.

Nazir bu ideyanın tezliklə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl Qazaxıstan Daxili İşlər Nazirliyi sentyabrın 21-dən etibarən respublikaya 98 minə yaxın Rusiya vətəndaşının daxil olduğunu bildirmişdi. Nazir Marat Axmetjanov qeyd edib ki, Rusiya vətəndaşlarının hərbi komissarlıqlar tərəfindən axtarışı onların respublikadan ekstradisiyası üçün hüquqi əsas deyil.

Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlikdən sonra Qazaxıstan, Gürcüstan və digər dövlətlərə gedən rusların məcburi qaytarılmasını bu ölkələrdən tələb etməyi planlaşdırmadığını açıqlayıb.

Müəllif: Ayna.az