Prezident İlham Əliyev Sərəncam imzalayıb
Arif Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib. AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Arif Şahbaz oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, A.Hüseynov Azərbaycanın Xalq rəssamıdır.