Aqressiya sosial ədalətsizlikdən qaynaqlanır: <font color=red> Sərt karantinin gərginliyi</font>

Cəmiyyət

08.06.2020 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

“Bir cəmiyyət ki, Mübariz İbrahimova, Ramil Səfərova dil uzadır, onları təhqir edir, deməli bu cəmiyyətdə xəstəlik var”

 

Məlum olduğu kimi, həftə sonları Azərbaycanda Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda sərt karantin rejiminə start verildi. Lakin demək olar ki, karantin tədbirləri özünü doğrultmadı. Belə ki, iki gün ərzində 2 min 776 nəfər karantin rejimini pozduğu üçün cərimə edildi və məsuliyyətə cəlb olundu. Lakin gündəmi alt-üst edən Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində baş verənlər oldu. Belə ki, bir neçə polis əməkdaşı karantin rejimini pozduğu üçün vətəndaşa zor tətbiq edərkən, ərazidə yerləşən mənizllərdən polislərin başına zibil torbaları atıldı və polis əməkdaşlarını hadisə yerindən qovmağa cəhdləri edildi. Digər tərəfdən, vətəndaşların karantin qaydalarını pozduğu üçün müxtəlif ərazilərdə polis əməkdaşlarının vətəndaşlarla sərt davranması da cəmiyyətin etirazlarına səbəb oldu.   

 

Baş verənlərlə bağlı açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, Xətai rayonunda xüsusi karantin qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib: “İyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib”.

 

“E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb. Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E. Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir”, - məlumatda qeyd olunub.

 

Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində baş verən hadisə ilə bağlı isə Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb: “Dünən–iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər. Buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüblər”.

 

“Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir”, DİN-dən bildirilib.

ADƏM MƏMMƏDOV VƏKİLLİKDƏN GETDİ! - Tanınmış vəkil niyə ...

Adəm Məmmədov: “Pensiyalar doğru-düzgün verilmir, iş yerləri çox azdır, uşaq pulu verilmir deyə insanlarda aqressiya var”

 

Baş verənləri AYNA-ya şərh edən hüquq müdafiəçisi Adəm Məmmədov bildirib ki, vətəndaş polisin tələblərinə əməl etməli və dəvət olunan yerə getməlidir: “Təbii ki, belə olan təqdirdə polis heç vaxt vətəndaşa zor tətbiq etməz. Çünki polis vətəndaşa tabe olduğu halda zor tətbiq etsə, özü məsuliyyətə cəlb oluna bilər. Yəni ki, vətəndaş polisə tabe olmalı və cəriməsini ödəməlidir”.

 

“Vətəndaş başa düşməlidir ki, hüquqi baxımdan dəvət olunan yerə getməlidir. Yox, əgər dəvət olunan yerdə ona qarşı qanunsuzluq olarsa, o zaman hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etməli və müdafiəsi üçün çalışmalıdır. Bu, daha effektiv vasitədir, nəinki, polisə güc tətbiq etmək. Çünki, belə olan halda vətəndaş üçün əlavə porblemlər yarana bilər ki, bu da əlavə maddələr deməkdir” - deyə Məmmədov bildirib.

 

Müsahibimiz əlavə edib ki, vətəndaş polisin əmrinə tabe olmursa, onsuz da inzibati məsuliyyətə cəlb edilməlidir: “Bu baxımdan da polisin fəaliyyəti normaldır. Sadəcə problem ondan ibarətdir ki, cəmiyyətdə sosial ədalətsizlik var və buna görə də bəzi şeylər insanlarda qıcıq yaradır. Məsələn, pensiyalar doğru-düzgün verilmir, iş yerləri çox azdır, uşaq pulu verilmir deyə insanlarda aqressiya var. İnkişaf etmiş dövlətlərə fikir versək görərik ki, polisə qarşı bu qədər aqressiya yoxdur. Çünki həmin ölkələrdə ən azından minimal təminat var. Adicə qonşu ölkələri götürək, Rusiyada, Ermənistanda, Gürcüstanda ən azından uşaq pulu verilir, işsizlərin işlə təmin olunması diqqətdə saxlanılır. Yəni ki, sosial ədalət olmayan yerdə aqressiya da olacaq, sərt reaksiya da”.

 

“Bir cəmiyyət ki, Mübariz İbrahimova, Ramil Səfərova dil uzadır, onları təhqir edir, deməli bu cəmiyyətdə xəstəlik var. Bilmək olmur ki, bu cəmiyyətdə polis, vəkil, jurnalist olasan, yaxud, başqa peşə seçəsən. Hamını təhqir edir, sərt reaksiya verirlər. Bu cəmiyyəti başa düşmək çox qəlizdir. Məhz bütün bunlar da sosial ədalətsizliyə görə baş verir. Sosial ədalətsizlik öz həllini tapsa, bunlar da düzələr”-deyə hüquqşünas bildirib.

İşinə peşə olaraq yanaşanlar da var, maaş üçün çalışanlar da ...

Elmar Nurəliyev: “Sakinlərin qışqır-bağır salması, söyüş söyməsi və nəhayət zibil atması gərginliyi daha da böyütdü”

 

Təhlükəsizlik eksperti Elmar Nurəliyev də AYNA-ya açıqlamasında baş verənlərin qeyri-etik olduğunu vurğulayıb: “Ümumiyyətlə, yaranmış xüsusi karantin rejimi ilə bağlı ölkədə ən öndə olan sahələrdən biri də polislər, həmçinin həkimlər və jurnalsitlər idi. Çünki həkimlər sağaldır, polislər qoruyur, jurnalistlər isə məlumatlandırırlar. Təbii ki, karantin rejiminin yaratdığı psixoloji pozuntulara görə, cəmiyyətdə aqressiya yaranıb. Ancaq bu ona əsas vermir ki, vətəndaş evindəki zibil torbalarını polislərin başına atsın”.

 

“Məsələ burasındadır ki, biz də günlərlə eyni geyimdə, eyni gərgin iş rejimində fəaliyyət göstərsək, bizdə də gərginlik və aqresiyya yaranar. Təsəvvür edin, polislər aylardır ki, bu cür gərgin iş rejimində fəaliyyət göstərirlər. Belə zamanlarda da vətəndaşın polisə tabe olmamağı gərginliyi daha da artırır. Ona görə də, bu cür hadisələrə yol vermək olduqca utancverici haldır. Ən azından, sosial şəbəkələrdə yayılan videolara xarici ölkələrdə də baxılır və belə hal Azərbaycana qarşı nifrət yaradır. Bir sözlə, dövlətlə vətəndaşın arasına girmək düzgün deyil”, Nurəliyev bildirib.

 

Müsahibimiz vurğulayıb ki, karantin rejimini pozan vətəndaş polisə tabesizlik edir. Təbii ki, tabesizlik varsa, məsuliyyətə cəlb olunmaq da olacaq: “Rəsmi şəkildə çölə çıxmamaq barədə qanun tətbiq edilib. Buna baxmayaraq, biri evin damında kabab çəkir, biri polislə gizlənqaç oynayır, biri polisi görüb söyür, bir sözlə, qoyulan qaydalara əməl olunmur. Təbii ki, bunun qarşısını da almaq üçün hansısa metodlardan istifadə olunmalıdır. Amma o demək deyil ki, bu dərəcədə olmalıdır”.

 

“Yayılan görüntülərdə də vətəndaşın qaçmaq istədiyi, polislərin də onu tutduğu görülür. Lakin sakinlərin zibil torbalarını polislərə tərəf atması, gərginliyi daha da artırır. Bəlkə də həmin hadisə olmasaydı, polislər həmin şəxsi ən pis halda cərimələyəcək, yaxud, şifahi xəbərdarlıq edib buraxacaqdılar. Lakin sakinlərin qışqır-bağır salması, söyüş söyməsi və nəhayət zibil atması gərginliyi daha da böyütdü və bu cür xoşagəlməz hadisə yarandı” - ekspert qeyd edib.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş