Vurulan F-35 döyüş təyyarəsinin Varmin yaxınlığında qəzaya uğradığı qeyd edilir
İranın Hava Hücumundan Müdafiə Qüvvələri İsrailin daha bir F-35 qırıcısını Cavadabadın Vəramin rayonu üzərində vurub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə şəhər administrasiyasının nümayəndəsi Hüseyn Abbasi deyib.
Vurulan F-35 döyüş təyyarəsinin Varmin yaxınlığında qəzaya uğradığı qeyd edilir.
Onun sözlərinə görə, hazırda təhlükəsizlik xidmətləri və hərbçilər hadisənin təfərrüatlarını araşdırır və yaxın vaxtlarda əlavə məlumat veriləcək.
Bundan əvvəl, iyunun 16-da rəsmi Tehran İsrailin dörd F-35 qırıcısının Təbriz səmasında məhv edildiyini açıqlamışdı.