Həmin şəxslərin yetişdirdiyi 562 ədəd çətənə kolu aşkar olunub
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Ariz Hüseynov saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, həmin şəxsin yetişdirdiyi 562 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Bundan əlavə, narkotik tərkibli bitkilər yetişdirən daha 6 nəfər də saxlanılıb. Həmin şəxslərdən müxtəlif çəkilərdə marixuana və çətənə kolları aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırma aparılır.