ABŞ rəsmiləri İranı vurmağa “yox” deyiblər

Dünya

18.06.2025 - 10:59

cedabet dərman SEO Xidməti

ABŞ rəhbərliyi qapalı müşavirədə konkret addımlar barədə yekun qərara gələ bilməyib

Ağ Evdə keçirilən qapalı müşavirədə ABŞ-ın İrana zərbə endirməsi ilə bağlı qərar qəbul olunmayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Vaşinqtonun Tehrana qarşı əməliyyatda hərbi iştirakı müşavirədə müzakirə olunan bir neçə variantdan biri olub. Amma ABŞ rəhbərliyi konkret addımlar barədə yekun qərara gələ bilməyib.

Nəşr yazıb ki, qərar qəbul olunmasa da, belə müzakirənin özü gərginliyin səviyyəsini artırıb. Çünki ABŞ-ın İran məsələsini hərbi yolla həll etmə ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyi bəlli olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş