Psixoloqlar müsahibəyə cəlb olunacaqlar

Xəbərlər

18.06.2025 - 14:53

cedabet dərman SEO Xidməti

Müsahibəni uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində ixtisas üzrə minimum 38 bal, İKT üzrə minimum 6 bal, məntiq üzrə isə minimum 10 bal toplayan namizədlər müsahibəyə cəlb olunacaqlar. AYNA.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildrilib.

Qeyd olunub ki, müsahibənin vaxtı və məkan haqqında məlumat öncədən SMS vasitəsilə namizədlərə göndəriləcək.

Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş