Peyk görüntüləri: ABŞ gəmiləri Bəhreyndəki bazanı tərk edirlər

Dünya

18.06.2025 - 17:33

cedabet dərman SEO Xidməti

Görüntülərdə ABŞ-ın 5-ci Donanmasının Bəhreyndəki qərargahında lövbər salmış bir gəmi belə görünməyib

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Bəhreyndəki bazasını tərk ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə “The Associated Press” (AP) peyk görüntülərinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, peyk görüntülərində ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının Bəhreyndəki qərargahında lövbər salmış bir gəmi belə görünməyib.

Bundan əvvəl ABŞ İsraili İranın hücumlarından qorumaq üçün hərbi təyyarə və gəmiləri Yaxın Şərqə daşımağa başlayıb. ABŞ Prezidenti Donald Tramp deyib ki, “İran üzərində səmaya tam və mütləq nəzarətimiz var”.

Onun sözlərinə görə, ABŞ “danışıqlarda çox da maraqlı deyil” və İranın “tam təslim olmasına” səbəb ola biləcək münaqişənin “real sonunu” görmək istəyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş