“Bu cür görüşlər adətən beynəlxalq mediada böyük maraq və geniş rezonans doğurur”
Rusiya Prezidenti Vladimir Putin bu gün aparıcı beynəlxalq informasiya agentliklərinin nümayəndələri ilə ənənəvi görüş keçirəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, görüş axşam saatlarında “sual-cavab” formatında keçiriləcək və Rusiya Federasiyasının daxili və xarici siyasətinə, həmçinin beynəlxalq arenadakı əsas hadisələrə həsr olunacaq.
“Bu cür görüşlər adətən beynəlxalq mediada böyük maraq və geniş rezonans doğurur. Tədbir Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçiriləcək və onun təşkilatçısı yenidən TASS informasiya agentliyi olacaq”, - deyə Uşakov qeyd edib.