Antakyada 4,3 maqnitudalı zəlzələ olub

Dünya

11.02.2023 - 22:28

cedabet dərman SEO Xidməti

Yeraltı təkanların ocağı 7 km dərinlikdə olub

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 4,3 maqnitudalı zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. AFAD-ın məlumatına görə, təbiət hadisəsi Bakı vaxtı ilə 21:20-də qeydə alınıb.

Qeyd edək ki, Hatay şəhərinin Antakya rayonu fevralın 6-da baş verən silsilə güclü zəlzələlərin episentrinə çox yaxın olmasa da, təbii fəlakət zonasında ən çox zərər çəkmiş yaşayış məntəqələrindən biri olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş