ANAMA Xocavənddəki partlayışın detallarını açıqlayıb

Hadisə

10.02.2024 - 15:40

Samir Ələsgərovun sağ əlinin 3 barmağı amputasiya olunub

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təssərüfatında baş verən partlayışın təfərrüatını açıqlayıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, hadisə arıçılıqla məşğul olan 1996-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə edərkən baş verib.

Partlayış nəticəsində S.Ələsgərov sağ əlindən xəsarət alıb və zərərçəkənin sağ əlinin 3 barmağı amputasiya olunub.

ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.

Müəllif: Ayna.az