Amerikalılar arasında sorğu: Bayden “dəyişdirilməlidir”

Dünya

29.06.2024 - 15:39

Həkimlər Klinikalar SEO Xidməti

Respondentlərin 45 faizi Baydeni ABŞ-ın növbəti prezidenti kimi görməyə üstünlük verəcəyini bildirib

Bir çox amerikalı seçici hesab edir ki, Demokratlar Partiyası ölkənin hazırkı lideri Co Baydenin əvəzinə ABŞ prezidentliyinə başqa bir namizəd seçməlidir. AYNA “Axios” portalına istinadən bildirir ki, bunu “Morning Consult”ın apardığı sorğunun nəticələri sübut edir.

Məlumata görə, sorğuda iştirak edən seçicilərin 60%-i deyib ki, Bayden cümə axşamı televiziya debatında zəif çıxış etdikdən sonra demokratlar prezidentliyə namizədi “mütləq” dəyişdirilməlidirlər.

Respondentlərin 45%-i Baydeni ABŞ-ın növbəti prezidenti kimi görməyə üstünlük verəcəyini bildirib, 44%-i onun əsas siyasi rəqibi, sabiq Prezident Donald Trampı dəstəkləyib. Sorğu iştirakçılarının 57%-i Trampın debatda Baydendən daha yaxşı çıxış etdiyinə inanır. Qeyd edək ki, sorğu ABŞ-ın təxminən 2 min yetkin sakini arasında aparılıb.

Müəllif: Ayna.az