Almatıda bələdiyyə binasına hücum edilib - VİDEO

Dünya

05.01.2022 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

Aksiya iştirakçıları bir neçə polisi döyüb

Qazaxıstanın Almatı şəhərində etiraz aksiyası iştirakçıları şəhərin bələdiyyə binasına hücum ediblər.

AYNA “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, hücumda təqribən 3000 nəfər iştirak edir. Etirazçılar rezin dəyənəklə silahlanıblar.

Əraziyə təqribən 1500 polis əməkdaşı cəlb olunub. Polis iqamətgaha geri çəkilməli olub. Bu isə inzibati binadan 50 metr məsafədə yerləşir.

Hadisə yerində olan müxbirin sözlərinə görə, aksiya iştirakçıları bir neçə polisi döyüb, onların silahını, dəbilqə və qalxanlarını götürüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş