Almaniya Çini Rusiyaya ikili təyinatlı malların ixracını dayandırmağa çağırıb

Dünya

23.06.2024 - 22:43

cedabet dərman SEO Xidməti

“Bunlar döyüş meydanında istifadə oluna bilən texniki məhsullardır”

Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadi işlər və iqlimin mühafizəsi naziri Robert Habek Çinə səfəri zamanı Pekini Rusiyaya ona aid edilən ikili təyinatlı malların ixracından imtina etməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

"Bunlar döyüş meydanında istifadə oluna bilən texniki məhsullardır", - deyə Habek vurğulayıb.

O, 2023-cü ildə Çinin Rusiya ilə ticarət dövriyyəsinin 40% artdığına diqqət çəkib: "Təxminən yarısı ikili təyinatlı mallardır".

Onun sözlərinə görə, buna son qoyulmalıdır.

Habek həmçinin bildirib ki, Avropa Aİ-dən Rusiyaya daxil olan bu cür məhsulları riskə atmaq istəmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş