Alman agent Ukrayna ilə bağlı məlumatları Rusiyaya ötürməkdə şübhəli bilinir

Dünya

26.12.2022 - 18:32

cedabet dərman SEO Xidməti

Almaniya Baş Prokurorluğu və Federal Kəşfiyyat Xidməti iddianı şərh etməkdən imtina edib

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) Rusiyaya casusluqda ittiham olunan əməkdaşı Ukraynadakı vəziyyətlə bağlı məxfi məlumatları Moskvaya ötürməkdə şübhəli bilinir.

AYNA xarici mediaya istinadən bildirir ki, istintaq hesab edir ki, Karsten L. Adlı kəşfiyyatçının Ukraynada baş verən hadisələri dəyərləndirən materialları Rusiyaya ötürmüş ola bilər.

Almaniya Baş Prokurorluğu və Federal Kəşfiyyat Xidməti iddianı şərh etməkdən imtina edib.

Qeyd edək ki, Karsten dekabrın 22-də həbs edilib. O, dövlətə xəyanətdə şübhəli bilinərək istintaqa cəlb olunub.

“Focus” yazır ki, Karsten ABŞ və Böyük Britaniyadan alınan məxfi məlumatlara çıxış əldə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş