Ali məktəblərə sənəd qəbulu başa çatıb

Xəbərlər

18.03.2022 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

96 min 629 abituriyent ərizəsini təsdiq edib

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd edilib ki, ümumilikdə 96 min 629 abituriyent ərizəsini təsdiq edib.

Qeyd edək ki, sənəd qəbulu martın 4-də başlayıb. Ötən gün 23:59-da başa çatmalı olan proses bu gün 11:00-a qədər uzadılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş