Alen Simonyan: “KTMT-də böyük problemlər var”

Dünya

29.03.2024 - 17:11

“Ermənistan KTMT-nin işləyib-işləmədiyi bəlli olana qədər təşkilatın fəaliyyətində iştirak etmək niyyətində deyil”

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işləyib-işləmədiyi bəlli olana qədər təşkilatın fəaliyyətində iştirak etmək niyyətində deyil”. AYNA xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan İctimai Televiziyaya müsahibəsində deyib.

“Ermənistanı Türkiyədən qoruya bilməyəcəksə, niyə Ermənistanda Rusiya hərbi bazası var” sualına cavabında Simonyan deyib ki, bu mövzuda çox danışmaq istəmir.

“KTMT-nin bir üzvünün ərazisində böyük çat var, onu qorumağa KTMT söz verib, amma sözünün üstündə durmur. İstənilən halda bu, KTMT-də böyük problemlərdən xəbər verir”, - Simonyan qeyd edib.

Müəllif: Ayna.az