Ağstafada qəza: ölənlər var

Hadisə

27.02.2023 - 06:22

Hadisə Dağkəsəmən kəndi ərazisində qeydə alınıb

Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağkəsəmən kəndində keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yol qəzası zamanı 2 nəfər hadisə yerində ölüb.

Ölənlər rayonun Dağ Kəsəmən kənd sakinləridir.

Ölən şəxslərin adları aşağıdakı kimidir:

Orxan Rzayev (1987);

Məhəmməd Xəlilov (1987).

Faktla bağlı araşdırma aparılır

Müəllif: Ayna.az