Bakıda yol qəzası:<font color=red> böyük tıxac yarandı</font>

Hadisə

17.10.2019 - 22:02

"20 Yanvar metrostansiyası" yaxınlığında yol qəzası baş verib

 

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

 

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu "20 Yanvar metrostansiyası" yaxınlığında qeydə alınıb.

 

Belə ki, "90-JM-358" dövlət nişanlı 18 saylı sərnişin avtobusu "90-AN-286" dövlət nömrə nişanlı "Lifan" markalı maşınla toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almasa da, hər iki avtomobilə ziyan dəyib.

 

Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb.

Müəllif: Ayna.az