Ağır yaralı qazi Türkiyəyə müalicəyə göndərilib

Xəbərlər

12.10.2022 - 12:07

cedabet dərman SEO Xidməti

Fond qazinin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq

Ağır yaralanan qazilərimizdən biri Yaqubov Rauf Qabil oğlu müalicə məqsədilə Türkiyəyə göndərilib. AYNA xəbər verir ki, bu barədə “YAŞAT” Fondundan bildirilib.

Qeyd olunub ki, Fond qazinin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Məlumatda vurğulanıb ki, “YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 176 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş