Agentlik jurnalistlərə çağırış edib: “Dəqiqləşdirin”

Xəbərlər

14.10.2022 - 17:45

cedabet dərman SEO Xidməti

“Vacib şərtlərdən biri jurnalistin çalışdığı media subyektinin Media Reyestrinə daxil olmasıdır”

"Media Haqqında" qanunun və Media Reyestrinin aparılması qaydalarının tələblərinə uyğun olaraq jurnalistlərin Media Reyestrinə daxil olmasından ötrü vacib şərtlərdən biri çalışdığı media subyektinin Media Reyestrinə daxil olmasıdır.

AYNA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib.

Şəfiyeva bildirib ki, məqsəd Media Reyestrinə müraciət prosedurunu asanlaşdırmaqdır: “Yəni həmin media subyektinin Media Reyestri şəhadətnaməsini əldə etməlidir. Eyni zamanda, jurnalisitləri Media Reyestrinə müraciət etmədən öncə işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin Media Reyestrinə daxil olub-olmadığını dəqiqləşdirməyə çağırırıq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş