Ağdaşda qətl: cinayət işi başlanılıb

Hadisə

09.09.2024 - 10:28

Həkimlər Klinikalar SEO Xidməti

qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Ağdaşda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Ağdaş Rayon Prokurorluğundan AYNA-ya bildirilib ki, sentyabrın 7-də saat 23 radələrində Ağdaş rayonu ərazisində yerləşən şadlıq evlərindən birinin qarşısında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin xəsarətlər alması, daha sonra həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı 1970-ci il təvəllüdlü Qadir Məmmədovun aralarında yaranmış mübahisə zamanı İlkin İskəndərliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qadir Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş