Ağdaşda piyadanı maşın vurub öldürüb

Hadisə

04.03.2024 - 19:15

Hadisə Yuxarı Ləki qəsəbəsi ərazisində baş verib

Ağdaşda piyadanı maşın vurub. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ləki qəsəbəsi ərazisində baş verib.

Minik avtomobili yolu keçmək istəyən piyada 1989-cu il təvəllüdlü rayon sakini Xəlilov Fərid Elburus oğlunu vurub.

Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Ağır yaralanan şəxs bu gün xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.

Müəllif: Ayna.az