Silah-sursat tərk edilmiş mövqelərdən aşkarlanıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Çullu kəndi ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 minaatan qurğusu, 7 pulemyot, 4 avtomat, xeyli sayda müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.