Ağdamda mina partlayıb

Hadisə

21.01.2024 - 14:28

Bir nəfər xəsarət alıb

Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb.

Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.

Müəllif: Ayna.az