Ağdamda ağır yol qəzası olub, ölən və yaralanan var

Xəbərlər

29.10.2022 - 15:53

cedabet dərman SEO Xidməti

Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib

Ağdam rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var. Bu barədə AYNA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini N.Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Məlahət Hətəmxanovanı və Gülşən Hacıyevanı vurub.

Nəticədə M.Hətəmxanova hadisə yerində ölüb, G.Hacıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş