Ekoloji təmiz məhsul istehsalının təşviqinə həsr olunmuş seminar keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “ Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “ekoloji təmiz məhsul “ istehsalının təşviqi”layihəsinin icra planına uyğun olaraq Ağdam rayonunda 25 nəfər fermer üçün seminar təşkil edilib.
AYNA xəbər verir ki, seminar Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində baş tutub.
Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlının təklifi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Layihə rəhbəri Musa Muradlı bildirib ki, Ekoloji İnformasiya İctimai Birliyinin həyata keçirdiyi “ Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “ ekoloji təmiz məhsul “ istehsalının təşviqi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağgentliyinin maliyyə yardımı ilə icra olunur.
Layihə çərçivəsində Qarabağ İqtisadi Rayonunun 4 rayonunda- Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarının hər birində 25 fermerə seminarların təşkili, fermerlər üçün ekoloji cəhətdən daha faydalı məhsulların təşviqi nəzərdə tutulub. Musa Muradlı qeyd edib ki, indi ekoloji məhsul istehsalının təşviqinə ehtiyyac böyükdür. Buna görə də həyata keçirilən layihənin ideyasına önəm verilib.
Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul anlayışına aydınlıq gətirib.
Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Nəzərov çıxışında ekoloji təmiz məhsul istehsalının aktuallığından danışıb, layihənin əhəmiyyətini yüksək qiymətləndirib.
Çıxışlardan sonra seminarın gündəliyinə uyğun olaraq çay süfrəsi arxasında müzakirələr aparılıb. İştirakçılara dəftərxana ləvazimatları, bloknot, qələm, qovluqlar, habelə təşviqat materialları, bukletlər paylanılıb.

