Ağalı kəndində tamamlanma işləri gedir - VİDEO

Cəmiyyət

15.12.2021 - 16:11

Sakinlərin rahatlığını təmin etmək üçün hər cür şərait yaradılıb

İşğaldan azad olunmuş Zəngilanın ilk "Ağıllı kəndi" olan Ağalıda bərpa işləri sürətlə gedir. 

AYNA xəbər verir ki, "Baku" TV sözügedən kənddən reportaj hazırlayıb. Tamamlanma işləri gedən Ağalı kəndi barədə danışan baş memar Rəşad Mehdiyev qeyd edib ki, burada sakinlərin rahatlığını təmin etmək üçün hər cür şərait yaradılıb. 

R.Mehdiyev kənddə müxtəlif obyektlərin də fəaliyyət göstərəcəyini və sakinlər üçün iş imkanlarının olacağını vurğulayıb. Həmçinin inzibatı binaların olduğu kənd meydanında erməni vandalizmi nəticəsində xarabalığa çevrilən evlərin qalıqlarından ucaldılmış tikili yerləşir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş