Ağ Ev Putinlə Makronun danışıqlarını şərh etdi

Dünya

09.02.2022 - 07:36

Həkimlər Klinikalar SEO Xidməti

Cen Psaki: "İstənilən diplomatik səy bizi ruhlandırır"

Vaşinqton Ukrayna böhranını idarə etmək üçün istənilən diplomatik səydən cəsarətlənir”.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki brifinq zamanı Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında danışıqları şərh edərkən deyib.

“Deyərdim ki, istənilən diplomatik səy bizi ruhlandırır. Putinin nə edəcəyi ilə bağlı hələ heç bir proqnozumuz yoxdur, Rusiyanın bundan sonra nə edəcəyinə də nəzarət edə bilmirik. Bizim edə biləcəyimiz və məncə, prezident Makronun dünən etdiyi işlər müttəfiqlərimizə və tərəfdaşlarımıza aydınlaşdırmaqdır ki, Putin Ukraynaya hücum etmək qərarına gəlsə, bunun ciddi nəticələri olacaq”, - deyə Psaki bildirib. 

O qeyd edib ki, Vaşinqton fransalı həmkarları ilə “birbaşa təmasda” olmaqda davam edir.  Psaki əlavə edib ki, ABŞ prezidenti Co Bayden keçən həftə Makronla iki dəfə telefonla danışıb və onunla tezliklə yenidən danışmağı planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş