ABŞ, Yaponiya və Filippin üçtərəfli sammiti keçiriləcək

Dünya

19.03.2024 - 11:34

Üç ölkənin gündəliyində bir sıra məsələlər var

ABŞ Prezidenti Co Bayden gələn ay Yaponiyanın Baş naziri Fumio Kişida və Filippin Prezidenti Ferdinand Markos ilə ilk üçtərəfli sammiti keçirəcək. AYNA “Associated Press”ə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

Bildirib ki, yeni format ölkələrin artan iqtisadi əlaqələri, ortaq demokratik dəyərlərə güclü öhdəliyi və azad, açıq Hind-Sakit okean üçün ortaq baxışı vurğulamaq üçün fürsət olacaq.

Materialın müəlliflərinin qeyd etdiyi kimi, üç ölkənin gündəliyində bir sıra məsələlər var. Birincisi, Cənubi Çin dənizində Maniladan Pekin gəmiləri arasında insidentlərin artması səbəbindən Çini cilovlamaqdır. Bundan başqa, Şimali Koreya faktoru və Pxenyanın ballistik raket buraxılışlarının tezliyi də narahatlıq doğurur.

Həmçinin sammitin mövzularından biri Yaponiyanın “Nippon Steel” korporasiyası tərəfindən Pittsburqda yerləşən “US Steel” şirkətinin satın alınması ola bilər.

Müəllif: Ayna.az