ABŞ və Çin ticarət atəşkəsini yanvarın 10-dək uzatmaq barədə razılığa gəliblər

Dünya

24.09.2026 - 14:02

“ABŞ həm Çinlə mövcud razılaşmaları qorumağa, həm də daha iddialı bir razılaşma üzərində işləməyə hazırdır”

ABŞ və Çin iqtisadi gərginliyi azaltmaq məqsədilə ticarət atəşkəsini 10 yanvar tarixinə qədər uzatmaq barədə razılığa gəliblər. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent “Fox News”a verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, tərəflər Busanda əldə edilən və 10 noyabrda başa çatması planlaşdırılan razılaşmanın müddətini uzatmaq barədə razılığa gəliblər.

Bessentin sözlərinə görə, “ABŞ həm Çinlə mövcud razılaşmaları qorumağa, həm də daha iddialı bir razılaşma üzərində işləməyə hazırdır”.

Nazir qeyd edib ki, Birləşmiş Ştatlar hökuməti hər iki variantdan məmnundur və "Amerika xalqı üçün ən yaxşısını" edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında ötən il oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində keçirilən görüşdən sonra Vaşinqton və Pekin bəzi tarifləri azaltmaq, daha yüksək tariflərin dayandırılmasını uzatmaq və bir sıra ticarət və iqtisadi məhdudiyyətləri yumşaltmaq barədə razılığa gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş