ABŞ Ukraynaya F-16 qırıcıları verəcək

Dünya

21.07.2023 - 14:41

cedabet dərman SEO Xidməti

Con Kirbi: “Yəqin ki, ilin sonuna qədər təhvil veriləcək”

ABŞ 2023-cü ilin sonuna qədər F-16 qırıcılarını Ukraynaya təhvil vermək niyyətindədir. AYNA xəbəır verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News”a deyib.

“Yəqin ki, ilin sonuna qədər təhvil veriləcək. Lakin onlar döyüş meydanındakı vəziyyəti təkbaşına dəyişə bilməyəcəklər", - deyə Kirbi əlavə edib.

Kirbi hazırda Ukrayna ordusunda hansı silah və hərbi texnikalara ehtiyac olduğunu da açıqlayıb: "Onların həqiqətən ehtiyacı olan artilleriya, sursat, hava hücumundan müdafiə sistemləri və tanklardır. Biz hamısını çatdırdıq, həm də görünməmiş sürətlə və böyük miqdarda”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş