Con Kirbi: "Pilotsuz uçuş aparatları artıq yoldadır"
ABŞ Ukraynaya 100 “Switchblade” kamikadze dron göndərib. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatları artıq yoldadır.
Kirbi qeyd edib ki, ABŞ ordusu ötən payızdan ABŞ-da peşəkar təlim keçən bir qrup ukraynalıya onlarla necə davranmağı öyrədir.