ABŞ Senatı sərhəd təhlükəsizliyi barədə qanununu rədd edib

Dünya

24.05.2024 - 12:42

Qanun layihəsinin əleyhinə 50 senator səs verib, 43-ü isə dəstəkləyib

ABŞ Senatı ölkənin cənub sərhədinin qorunması üçün daha sərt tədbirləri nəzərdə tutan qanun layihəsini qəbul edə bilməyib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Qanun layihəsinin əleyhinə 50 senator səs verib, 43-ü isə dəstəkləyib. Qanunun təsdiqi üçün isə ən azı 60 səs lazımdır.

ABŞ Prezidenti Co Bayden deyib: “Konqresdəki respublikaçılar sərhədi qorumaq və ya Amerikanın pozulmuş immiqrasiya sistemini düzəltmək fikrində deyillər. Əgər onlar əhəmiyyət versəydilər, tarixin ən sərt sərhəd təhlükəsizliyinə səs verərdilər. Əvəzində bu gün partiya siyasətini ölkəmizin milli təhlükəsizliyindən üstün tuturlar”.

“Fox News” xəbər verir ki, qanun layihəsinin hazırlanmasına kömək edən müstəqil senator Kristen Sinema, səsvermədən əvvəl sərhədin hər iki tərəfindəki siyasi teatrı qınayıb, qanun layihəsinə arxa çevirdikləri üçün respublikaçıları tənqid edib.

Sinema kanala açıqlamasında "bu gün Senat bir çox amerikalıların Konqres haqqında nə düşündüklərini sübut edir: senatorlar bura nəticə əldə etmək üçün deyil, siyasət oynamaq üçün gəlirlər" deyib.

Qanun layihəsinə ilk dəfə fevralda baxılıb və 49 əleyhinə 50 səs lehinə olmaqla qanun rədd edilib.

Müəllif: Ayna.az