ABŞ İsrail ordusuna qarşı sanksiyalar tətbiq edəcək

Dünya

21.04.2024 - 18:11

Dövlət katibi Antoni Blinken bunu yaxın günlərdə açıqlayacaq

ABŞ ilk dəfə olaraq İsrail Müdafiə Qüvvələrinin (IDF) bir bölməsinə qarşı sanksiyalar tətbiq edəcək. Dövlət katibi Antoni Blinken bunu yaxın günlərdə açıqlayacaq. AYNA xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, “Netjak Yehuda” bölməsi fələstinli yaraqlıların İsrailə hücumundan əvvəl baş vermiş İordan çayının qərb sahilində - İsrail ordusu tərəfindən işğal edilmiş Fələstin ərazisində insan hüquqlarının pozulmasına görə məhdudlaşdırıcı siyahılara daxil ediləcək.

Sanksiyalar bölmənin və onun üzvlərinin ABŞ-dan hər hansı hərbi yardım almasının və ya ABŞ təlimatçılarından təlim almasının qarşısını alacaq.

Müəllif: Ayna.az