ABŞ İranı etirazçıları azad etməyə çağırıb

Dünya

27.12.2022 - 02:18

cedabet dərman SEO Xidməti

Ned Prays: "Bu, cəsur iranlı qadınlara dəstək məqsədilə edilib"

ABŞ İranı bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O, ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasını xatırladıb: “Bu, cəsur iranlı qadınlara dəstək məqsədilə edilib. Onların hüquqları uğrunda mübarizə davam edir”.

Xatırladaq ki, İranda küçə etirazları təxminən 3 aydır ki, səngimir. İğtişaşlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş