Luis Bono Ermənistan və Gürcüstana da səfər edəcək
ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono Azərbaycanda səfərdədir. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, Bakıya səfəri çərçivəsində Luis Bono Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir.
ABŞ diplomatı həmçinin Ermənistan və Gürcüstana da səfər edəcək.