ABŞ Əfqanıstandan 9 min nəfəri təxliyə edib

Dünya

20.08.2021 - 21:55

Həkimlər Klinikalar SEO Xidməti

Keyt Bedinqfild: "İnsanları ən qısa zamanda çıxarmaq üçün əlimizdən gələni edirik"

 

ABŞ avqustun 15-dən bəri Əfqanıstandan 9 min nəfəri təxliyə edib.

 

AYNA-nın məlumatına görə, Ağ Evin kommunikasiya direktoru Keyt Bedinqfild "CNN"ə bildirib ki, "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi gündən bəri Kabil hava limanından təxliyə edilən insanların sayı 9 minə çatıb.

 

“Artıq 9 min insanı təxliyə etmişik. İnsanları ən qısa zamanda çıxarmaq üçün əlimizdən gələni edirik", - direktor deyib.

 

Hazırda Əfqanıstanda qalan amerikalıların sayı məlum deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş