ABŞ dövlət katibi: “Ukrayna ordusunun əks-hücumu yaxın həftələrdə başlaya bilər”

Dünya

07.04.2023 - 12:23

cedabet dərman SEO Xidməti

Blinken: “Krıma nəzarətin qaytarılması məsələsində Kiyev Ukrayna xalqının fikrini dinləməlidir”

Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki əks-hücumu yaxın həftələrdə başlaya bilər. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken deyib.

Blinken qeyd edib ki, Krıma nəzarətin qaytarılması məsələsində Kiyev Ukrayna xalqının fikrini dinləməlidir.

“Bu qərarları Ukrayna qəbul etməlidir. Ukrayna demokratik ölkədir. Prezident Vladimir Zelenski ölkəyə rəhbərlik etmək üçün məsuliyyət daşıyır. Amma o, həm də ukraynalıların iradəsinə açıq olmalıdır”, - deyə ABŞ dövlət katibi vurğulayıb.

Blinken qeyd edib ki, münaqişədə Ukraynaya dəstək verən ölkələrin məqsədləri hücumun hazırlanmasına kömək etmək və dövlətin orta və uzunmüddətli potensialını gücləndirməkdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş