ABŞ-dan Rusiyadakı vətəndaşlarına çağırış: "Təcili tərk edin"

Dünya

28.09.2022 - 14:58

ABŞ öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb

ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında məlumat yerləşdirilib.

"ABŞ vətəndaşları Rusiyaya səfər etməməlidirlər. Rusiyada yaşayan və ya Rusiya daxilində səyahət edənlər isə ölkəni təcili tərk etməlidirlər", - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az