PUA eksperimenti ötən ilin oktyabr-noyabr aylarında başlayıb
ABŞ ordusu “Project Convergence” eksperimenti çərçivəsində yerdən və havadan buraxıla bilən “Air Launched Effects” (ALE) dronlarını uğurla sınaqdan keçirib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə amerikalı general Valter Ruqen bildirib.
Onun sözlərinə görə, PUA eksperimenti ötən ilin oktyabr-noyabr aylarında başlayıb.
General sınaqların uğurla keçdiyini bildirib: “ALE iri pilotsuz uçuş aparatlarından, eləcə də pilotlu təyyarələrdən buraxıla bilər”.
ABŞ mediası yazır ki, belə dronları ABŞ ordusunun helikopter donanmasının modernləşdirilməsinin mühüm hissəsi adlandırırlar. Onlar kəşfiyyat, hədəfləri vurmaq və müdaxilə etmək üçün nəzərdə tutulub.