ABŞ-da tornado nəticəsində 11 nəfər ölüb

Dünya

02.04.2023 - 00:19

Çox sayda yaralıların olduğu bildirilib

ABŞ-da baş vermiş tornadoda ölənlərin sayı artıb. AYNA xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Təbiət hadisəsi 11 nəfərin həyatına son qoyub.

Ölənlərdən 5-i Arkanzasda qeydə alınıb.

Çox sayda yaralı var. Arkanzasda 50-dən çox adam xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə