ABŞ-a məxsus F-16 qırıcısı Cənubi Koreyada qəzaya uğrayıb

Dünya

07.05.2023 - 16:17

cedabet dərman SEO Xidməti

Hadisə zamanı kənd təsərrüfatı ilə məşğul olan dinc sakinlərdən xəsarət alan olmayıb

Cənubi Koreyada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə mayın 6-da səhər saatlarında Şimali Koreya ilə sərhəddən təxminən 40 mil aralıda baş verib.

Yerli YTN telekanalının məlumatına görə, amerikalı F-16 pilotu havaya qalxmağı bacarıb. Bununla belə, F-16 qırıcısı ABŞ-ın Cənubi Koreyadakı ən böyük hərbi bazalarından birinin yaxınlığında qəzaya uğrayıb.

"Hadisə yerli vaxtla səhər saat 9:45 radələrində Osan aviabazasının yaxınlığındakı kənd təsərrüfatı zonasında baş verib", - Koreya mediası yazıb.

Osan Hava Qüvvələri bazası ABŞ Hərbi Hava Qüvvələrinin Şimali Koreyaya ən yaxın bazasıdır, sərhədindən təxminən 40 mil aralıda yerləşir. Hadisə zamanı kənd təsərrüfatı ilə məşğul olan dinc sakinlərdən xəsarət alan olmayıb.

Təyyarənin qəzaya uğramasının səbəbləri barədə hələlik məlumat verilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş