Muəllif:

«Xaçmaz hadisəsi”: QHT-lər sərt reaksiya verdi

Azərbaycanda son günlər QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması cəhdləri həm hüquqi normativ aktların ağırlaşdırılması, həm də vətəndaş cəmiyyəti nümayəndələrinə siyasi təzyiqlərdə büruzə verir. Biz – vətəndaş cəmiyyəti təşkilatları 12 fevral 2013-cü ildə Seçkilərin Monitorinqi və Demokratiya Mərkəzi ilə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun əməkdaşları — Cavid Nəbiyevlə Günay İsmayılovun Xaçmaz rayonunda təlim keçirərkən polis tərəfindən təzyiqlərə məruz qamasını qətiyyətlə pisləyir, bunu ölkədə birləşmək hüququnun pozulması kimi qiymətləndiririk, deyə QHT-lərin bəyanatında deyilir..

Xatırladırıq ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin  (SMDT) Xaçmaz rayonunda planlaşdırdığı iki günlük təlimin təşkilinə həmin rayonun Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəisi Amil Tahirlinin rəhbərliyi altında bir qrup polis əməkdaşı tərəfindən maneə yaradılmış, təlimçilərlə kobud davranaraq, onlara qarşı zorakı münasibət göstərilmişdir. Hadisə zamanı SMDT əməkdaşı Cavid Nəbiyev və RATİ-nin hüquqşünası Günay İsmayılova təhqir edilmiş, baş verənlərə etiraz etdikdə polis əməkdaşları, o cümlədən Amil Tahirli hücum edərək, Nəbiyevə başından və bədənindən müxtəlif fiziki xəsarətlər yetirmişlər. Daha sonra onlar polis şöbəsinə gətirilərək, yaxınlarına və özlərinə heç bir məlumat verilmədən 5 saat ərzində burada saxlanılıblar. Təəsüf ki, bu müddət ərzində Nəbiyev aldığı fiziki xəsarətlərlə bağlı təcili tibbi yardımla təmin edilməyib.

Biz vətəndaş cəmiyyətinə bu təzyiqi pisləyir, ölkə ərazisində, xüsusən regionlarda QHT-lərin fəaliyyətinə yaradılan süni əngəllərə etiraz edir, vətəndaş cəmiyyəti fəallarının polisin zorakılığı ilə üzbəüz qalmasına, polisin qanunsuz özbaşınalığının qurbanı olmasına etiraz edirik. Azərbaycanda seçki ilində konstitusion hüquqlardan olan sərbəst toplaşma, birləşmək və yığıncaqlar keçirmək, söz və ifadə azadlıqlarının məhdudlaşdırılması, bu hüquqlardan istifadə etməyə görə insanların cəzalandırılması beynəlxalq aləmdə ölkənin nüfuzunu ləkələyir, hakimiyyətlə vətəndaşlar arasında uçurumun dərinləşdirilməsinə xidmət edir. Xaçmaz polisinin zorakılığı həm də polisin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsini sübut edir.

Biz bu neqativ hallların qarşısının alınmasını, təqsirkarların qanunamüvafiq surətdə cəzalandırılmasını, ölkənin bütün ərazisində hüququn aliliyinin bərqərar edilməsini tələb edirik.

İmza edənlər:

1. İlqar Hüseynli , Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri

2. Hafiz Həsənov, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri 

3. Şəhla İsmayılova, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri,   Norveç İnsan Hüquqları Evi Fondunun Azərbaycandakı İnsan Hüquqları Evinin nümayəndəsi 

4. Mirəli Hüseynov,  «Demokratiyanın öyrənmə» İctimai Birliyinin rəhbəri 

5. Xalid Vahidoğlu, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri

6.  Rəşid Hacılı, Media Hüququ İnstitutunun direktoru 

7. İlqar İbrahimoğlu, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri

8. Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri

9. Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun rəhbəri

10. Mirvari  Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri

11. Şahvələd Çobanoğlu, «Azadlıq» qəzetinin köşə yazarı

12. Rafiq Təmrazov, Bərabər İmkanlar Mərkəzinin sədri

13. İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri

14. Samir Kazımlı, Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru

15. Rəsul Cəfərov, “İnsan Hüquqları” Klubunun rəhbəri

16. İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri 

17. Anar Orucov, Qafqaz Media Tədqiqatları Mərkəzinin rəhbəri 

18. Arzu Abdullayeva, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri

19. Əsabəli Mustafayev, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin sədri 

20. Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri

21. Emin Hüseynli, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri

22. Ülvi Həsənli, Azad Gənclik Təşkilatının sədri

23.  Zöhrab İsmayıl, “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri

24. Vidadi  Mirkamal, hüquqşünas, İctimai Palatanin Koordinasiya Şurasinin üzvü

25. İlham Hüseynli , Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq Təşkilatının sədri

26. Elşən Nağıyev, “Vətəndaş Təşəbbüsləri və Qanunların Təkmilləşdirilməsi Mərkəzi” İctimai Birliyinin sədri




Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 259