Sabiq Prezident ölkəni yeni ofisindən “idarə etməyə” hazırlaşır
Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvili Tiflisdə keçirdiyi brifinqdə yeni ofisini təqdim edib. AYNA gürcü mediasına istinadən bildirir ki, Zurabişvili ofisdə “Gürcüstan Prezideninin funksiyalarını” yerinə yetirməyə davam etdirəcəyini açıqlayıb.
Sabiq Prezident ölkəni yeni ofisindən “idarə etməyə” hazırlaşır.
Qeyd edək ki, Zurabişvili yeni seçkilərdən sonra vəzifəsində işini davam etdirməyi planlaşdırdığını bildirsə də, sonradan prezident sarayını tərk etməyə razılaşıb.