Zurabişvili özünü yeganə legitim dövlət başçısı adlandırıb
Gürcüstan Prezidenti səlahiyyəti müddəti dekabrın 29-da başa çatan Salome Zurabişvili keçmiş Prezident kimi xatırlanmamasını xahiş edib. AYNA “1TV.GE”yə istinadən xəbər verir ki, o, bunu Hudson İnstitutunun forumunun açılışında deyib.
O, İnstitutun rəhbəri Con Uolterin onu “Gürcüstanın keçmiş Prezidenti” təqdimatına reaksiyasında belə deyib.
Zurabişvili özünü yeganə legitim dövlət başçısı adlandıraraq, “Sizin çıxışınıza etməli olduğum yeganə kiçik, lakin böyük düzəliş odur ki, mən keçmiş prezident deyiləm”.